TƏBİB-in tabeli müəssisələrində ilkin tibbi‑sanitariya yardımına dair metodoloji sənəd təqdim edildi

TƏBİB-in tabeli müəssisələrində ilkin tibbi‑sanitariya yardımına dair metodoloji sənəd təqdim edildi
22.10.2025 11:54 Sağlamlıq

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilən islahatların növbəti mərhələsi kimi Bərdə Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının təşkili və göstərilməsi haqqında hazırlanmış metodoloji sənədin təqdimatı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli qərarı ilə təsdiq olunmuş “İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya Sənədi” və Bərdə rayonu üzrə pilot layihə çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq təşkil olunub.

Təqdimat mərasimində Bərdə rayonu və ətraf regionların ilkin tibbi-sanitariya yardımı üzrə məsul şəxsləri, müvafiq sahədə fəaliyyət göstərən həkim-mütəxəssislər və tibb müəssisələrinin rəhbərləri iştirak edib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov tədbirin açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, həmçinin ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların regionlar üçün rolundan bəhs edib.

TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova ilkin tibbi-sanitariya yardımı ilə bağlı münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinin əhəmiyyəti barədə məlumat verib. A.Hüseynova metodiki sənədin hazırlanması zamanı mövcud normativ sənədlərə, yerli və beynəlxalq təcrübəyə əsaslanıldığını bildirib.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı müvafiq sahə üzrə aparılmış islahatlar və əldə olunmuş nəticələr barədə çıxış edib.

Təlimat sənədi TƏBİB-in Hüquq departamentinin Korporativ hüquq şöbəsinin baş məsləhətçisi Gülnar Hacıyeva tərəfindən təqdim olunub. O, ilkin tibbi-sanitariya yardımının təşkili və göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri, ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyətin həyata keçirilməsində tibb müəssisələrinin rolu, müvafiq sahəyə nəzarət və hesabatlılıq mexanizmləri, habelə xidmət keyfiyyətinin artırılması məqsədilə nəzərdə tutulan müasir yanaşmalar barədə məlumat verib.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların praktikada qarşılaşdığı suallar cavablandırılıb.

Qeyd edək ki, sənəd TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən müəssisələrin işçiləri üçün istiqamətverici xarakter daşıyır. Təlimat sənədinin tətbiqi ilkin səhiyyə xidmətlərinin daha səmərəli təşkili və əhalinin tibbi xidmətlərə daha əlçatan şəkildə çıxışının təmin olunması baxımından mühüm addım kimi dəyərləndirilir.

TodayPress TV

FOTOLAR

TƏBİB-in tabeli müəssisələrində ilkin tibbi‑sanitariya yardımına dair metodoloji sənəd təqdim edildi — 1
TƏBİB-in tabeli müəssisələrində ilkin tibbi‑sanitariya yardımına dair metodoloji sənəd təqdim edildi — 2
XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər