Rusiyalı həkim astmanın gizli simptomlarını sadaladı

Rusiyalı həkim astmanın gizli simptomlarını sadaladı
11.05.2026 04:00 Sağlamlıq

Kəskin respirator virus infeksiyasından sonra uzunmüddətli öskürək, soyuq havada fitəbənzər nəfəsalma, gecə öskürək tutmaları və sinədə sıxılma hissi bronxial astmanın əlaməti ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru"ya tibb elmləri namizədi Dmitri Bulanov danışıb.

"Bu vəziyyət tez-tez bronxit, soyuq havadan sonra yaranan öskürək, respirator infeksiyadan sonra fitəbənzər nəfəsalma və ya sürətli yerimə, pilləkən qalxma, gülmə və fiziki yüklənmə zamanı təngnəfəslik kimi təsvir olunur. Simptomlar qeyri-müəyyən olduğuna görə xəstəlik ayrıca problem kimi qəbul edilmir və çox vaxt soyuqdəymənin nəticələri kimi müalicə olunur", - deyə həkim bildirib.

"Bu gün insan özünü normal hiss edə bilər, sabah isə gecə öskürəkdən oyanar, nəfəs verərkən fit səsi eşidər və ya sanki sinəsi sıxılırmış kimi hiss edər", - deyə mütəxəssis əlavə edib.

D.Bulanov qeyd edib ki, simptomlar, xüsusilə, gecə saatlarında və ya səhərə yaxın güclənə bilər. Virus infeksiyaları, allergenlərlə təmas, soyuq hava, tüstü, toz, kəskin qoxular və fiziki yüklənmə də vəziyyəti ağırlaşdıra bilər.

Həkim "öskürək astması" adlanan formanın da mövcud olduğunu bildirib. Bu halda öskürək xəstəliyin əsas və ya yeganə əlaməti olur.

Lakin mütəxəssis vurğulayıb ki, bu simptom postnazal axıntı, xroniki rinosinusit, qastroezofageal reflüks, dərmanların təsiri, eozinofilik bronxit və qırtlaq funksiyası pozuntusu kimi digər səbəblərlə də əlaqəli ola bilər.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 All News