Otomikoz nədir? Qulaq göbələyinin yaranma səbəbləri və müalicəsi

Otomikoz nədir? Qulaq göbələyinin yaranma səbəbləri və müalicəsi
23.06.2026 11:13 Sağlamlıq

Qulaqda yaranan göbələk infeksiyası, tibbi dildə otomikoz həm uşaqlarda, həm də böyüklərdə rast gəlinən yayğın problemlərdən biridir.

TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xəstəlik xarici qulaq yolunda göbələk mikroorqanizmlərinin çoxalması nəticəsində inkişaf edir və vaxtında müalicə olunmadıqda ciddi narahatlıqlara səbəb ola bilər.

Otomikozun əsas əlamətləri arasında qulaqda qaşınma, ağrı, tutulma hissi, eşitmənin zəifləməsi və qulaqdan axıntı gəlməsi yer alır. Bəzi hallarda xəstələr qulaqda küy və ya narahatlıq hissindən də şikayət edirlər.

Həkimlər bildirirlər ki, qulaq göbələyinin yaranmasına bir sıra amillər təsir göstərə bilər. Bunlara qulağın tez-tez təmizlənməsi nəticəsində qoruyucu təbəqənin zədələnməsi, üzgüçülük və ya uzun müddət nəm mühitdə qalmaq, immun sisteminin zəifləməsi, diabet xəstəliyi və antibiotiklərdən uzunmüddətli istifadə daxildir.

Mütəxəssislər qulaqda qaşınma və ya axıntı kimi əlamətlər yarandıqda özbaşına müalicədən çəkinməyi tövsiyə edirlər. Diaqnoz qulaq-burun-boğaz həkimi tərəfindən müayinə əsasında qoyulur və müalicə xəstəliyin ağırlıq dərəcəsinə uyğun müəyyən edilir.

Otomikozun müalicəsində ilk növbədə qulaq yolu təmizlənir, daha sonra isə göbələk əleyhinə dərman preparatları təyin olunur. Müalicə müddətində qulağın quru saxlanılması və həkim göstərişlərinə əməl edilməsi vacib hesab olunur.

Mütəxəssislər vurğulayırlar ki, erkən diaqnoz və düzgün müalicə sayəsində qulaq göbələyindən qısa müddətdə xilas olmaq mümkündür.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında dördüncü QOL - YENİLƏNDİ - VİDEO 20:08 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 All News