Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib

Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib
25.02.2026 09:35 Sağlamlıq

TƏBİB yanvar ayında 7 727 958 tibbi xidmət göstərib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 2 265 488 müraciət qeydə alınıb:

"Bunlardan 48 553-ü stasionar, 2 216 935-i ambulator olub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 8 % artım qeydə alınıb".

Məlumatda qeyd olunub ki, yanvar ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub:

"Tibbi xidmətlərudən 1 074 206-sı stasionar, 6 653 752-si ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artıb".

Həmçinin tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Müvafiq dövr ərzində 3 426 087 sayda laborator müayinələr aparılıb ki, onların da 568 323-ü stasionar, 2 857 764-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 12 % artım qeydə alınıb.

Eyni zamanda ay ərzində 29 284 cərrahi əməliyyat və prosedur (27 935 stasionar, 1 349 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 4 % artıb.

TodayPress TV

PHOTOS

Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib — 1
Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib — 2
Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib — 3
Ötən ay TƏBİB 8 milyona yaxın tibbi xidmət göstərib — 4
NEWS FEED
30 JULY 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 All News