Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır

Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır
03.06.2026 07:00 Sağlamlıq

"Rütubətli mühitdə bakteriyaların sürətlə çoxalması səbəbindən diş fırçasının hamam otağında saxlanılması infeksiya riskini yüksəldə bilər. Fırçanın hermetik (hava keçirməyən) plastik qablarda qoyulması da onun tükləri üzərində mikroorqanizmlərin sayının artmasını sürətləndirən əsas səbəblərdəndir".

TodayPress TV xəbər verir ki, bunu "Deia" nəşrinə müsahibəsində mütəxəssis Sebastyan Aryeta deyib.

Həkimin sözlərinə görə, ən çox edilən səhv bir çox insanın diş fırçasını yüksək rütubətli otaqlarda qoymasıdır:

"Belə bir mühit, xüsusən də fırça istifadədən sonra tamamilə qurumağa macal tapmadıqda, müxtəlif bakteriya və mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Digər bir geniş yayılmış yanlışlıq isə diş fırçasının havasız, hermetik qutularda saxlanılmasıdır. Bu şəraitdə rütubət daha uzun müddət qaldığından patogenlərin inkişafı üçün ideal zəmin formalaşır".

Mütəxəssis dişləri yuduqdan sonra fırçanı məcun və qida qalıqlarından təmizləmək üçün diqqətlə yaxalamağı, suyun sərbəst süzülməsi üçün isə onu şaquli vəziyyətdə, başıyuxarı saxlamağı tövsiyə edir.

Bununla yanaşı, ekspert diş fırçasının hər üç aydan bir, eyni zamanda qrip və soyuqdəymə kimi infeksion xəstəliklərdən dərhal sonra yenisi ilə əvəzlənməsini məsləhət görür.

Həkim, həmçinin xatırladıb ki, dişləri fırçalayarkən fırçaya həddindən artıq təzyiq göstərmək tüklərin aşınmasını sürətləndirir və onun istifadə ömrünü əhəmiyyətli dərəcədə qısaldır.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 All News