Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…”

Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…”
27.08.2025 18:43 Siyasət

“Azərbaycan öz gücü və resursları hesabına işğaldan azad etdiyi əraziləri Ermənistanın həmin dövrdə basdırdığı minalardan təmizləməklə məşğuldur”. 

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O vurğulayıb ki, ərazilərin minalarla çirklənməsi bölgənin bərpası və əhalinin məskunlaşdırılması prosesini ləngidir:

“Bu gün qarşıda duran əsas problemlərdən biri məhz mina təhlükəsidir. İşğal dövründə Ermənistan təxminən 1,5 milyon minanı mərtəbəli şəkildə, yəni altına əlavə partlayıcı qurğular yerləşdirməklə daha təhlükəli formada basdırıb. Bu isə təmizləmə işlərini həm çətinləşdirir, həm də daha riskli edir”.

Analitik diqqətə çatdırıb ki, Ermənistan bugünə qədər minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Verilən xəritələrin də dəqiqlik səviyyəsi cəmi 25% təşkil edir. 

“Beynəlxalq təşkilatlar isə bu istiqamətdə Ermənistana qarşı ciddi təzyiq göstərmir. Halbuki mina təhlükəsizliyi bütün dünyanı narahat edən bir məsələdir. 

1997-ci ildə qəbul olunmuş Oslo Konvensiyası piyadalara qarşı minaların istifadəsini qadağan edir. Ermənistan bu konvensiyanı pozmaqla beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini bir daha nümayiş etdirir. Buna baxmayaraq, beynəlxalq aləmdə bu pozuntuya qarşı adekvat reaksiya yoxdur. Nəticədə mina terroru Azərbaycan xalqına qarşı hələ də davam edir”. 

Onun sözlərinə görə, artıq 400-dən çox soydaşımız mina partlayışları nəticəsində ya həyatını itirib, ya da ağır yaralanıb. Bundan əlavə, əhalinin doğma torpaqlarına köçürülməsindən sonra da mina təhlükəsi onların həyatına hələ də təhdid yaradır. Ona görə də bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi şəkildə gündəmdə saxlanmalı və Ermənistana təzyiqlər artırılmalıdır. 

“Dünyanın digər münaqişə bölgələrində minalardan təmizləmə işlərinə beynəlxalq dəstək verildiyi halda, Azərbaycan bu işi öz gücü hesabına həyata keçirir. 1990-cı illərdə yaradılmış ANAMA bu prosesdə mühüm rol oynayır və effektiv fəaliyyət göstərir.

Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməlidir. Bu, Ermənistanın sülh prosesində nə dərəcədə səmimi olduğunu göstərəcək”, - deyə E.Mirbəşiroğlu fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar:

“2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir”. 

Aysel Mətləb

FOTOLAR

Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…” — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Bütün Xəbərlər