Fazil Mustafa: “Bu xalqın aydınlıq yolu ərəb çöllərindən başlamır!”

Fazil Mustafa: “Bu xalqın aydınlıq yolu ərəb çöllərindən başlamır!”
15.07.2025 12:59 Siyasət

Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətin bəzi təbəqələrində milli və dünyəvi dəyərlərin təhrif olunmasına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, deputat bu barədə fikirlərini özünün “Facebook” hesabında paylaşıb. 

O, müxtəlif sahələrdə tanınmış şəxslərin milli dövlətçiliyə və dünyəvi sistemə zidd fikirlərlə çıxış etməsini tənqid edib:

“Milli dövlətin mahiyyətini anlamayan, dünyəvi dövlətin dəyərlərini qanmayan biriləri ziyalı, tarixçi, yazar, müğənni, aktyor, meyxanaçı, mərsiyəçi, teleaparıcı, bloger, statusçu qiyafəsində ölkədə əsrlər öncədən milli-mənəvi dəyərlər adı ilə qanımıza, genimizə yerləşdirilmiş nadanlığı, xurafatı, cəhaləti tarixi qəhrəman adı ilə, din adı ilə fərqli üsullarla təbliğ etməyə çalışırlar”.

Fazil Mustafa sevindirici məqam kimi bu təbliğata qarşı çıxanların artdığını vurğulayıb:

“Bu qaragüruhçuluğun ruporlarına qarşı çıxış edənlərin, dirəniş göstərənlərin, cəsarətlə yazı yazanların, mövqe sərgiləyənlərin sayı da artır. Demək ki, bu milləti orta çağın qaranlığına başqa ölkələrin din ideologiyasının təsiri altında gömmək elə də asan deyil”. 

Deputat sağlam dini düşüncə ilə dini fanatizmin fərqləndirilməsinin vacibliyini qeyd edib:

“Öz dinini hansısa xəstə zehniyyətin tənzimlədiyi bir ideologiyaya çevirmədən öz Allahına, onun kitabına və elçisinə sevgi ilə yaşayanlarla dini cəhalət mazoxizmini təbliğ edənlər arasında fərqi görmək üçün sosial şəbəkələr kifayətdir. Sadəcə bir videoya baxmaq bəs edir ki, Şeyx Nəsrullahın sıraya düzdüyü kütlə ilə bugünkü bəzi “ölü” beyinlər arasında fərq olmadığını görək. Bu xalqın aydınlıq yolu Cümhuriyyətimizdən, milli dövlət qurmaqdan başlayır, 1991-ci ildə bərpa etdiyimiz müstəqil Azərbaycan dövləti ilə davam edir, 2023-cü ildə azad etdiyimiz Qarabağ torpağı ilə zirvəyə çatır. Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən başlayır”.

Deputat yazıçı İsmayıl Şıxlının yaratdığı obrazlar üzərindən də cəmiyyətə mesaj verib:

“Kafir deyə damğalanan Rus Əhmədin təklif etdiyi maarifçilik yolu ilə Molla Sadığın cəhalət iqamətgahından çıxan yol heç vaxt uzlaşa bilməz”.

Sonda isə o, milli dövlətin qorunmasının vacibliyini xüsusi vurğulayıb. Qeyd edib ki, cahilin diplomlusu ilə diplomsuzunun fərqi olmaz. Novruzəlinin akademik, Məhəmmədhəsən əminin xalq artisti, Molla İbrahimxəlil Kimyagərin deputat, Usta Zeynalın da xalq yazıçısı olması bizə sırınmış dini və milli üfunəti gizlədə bilməz. Aydınlıq yolu üçün cəsarətlə çalışmalıyıq, yazmalıyıq, izah etməliyik, aydınlatmalıyıq. 

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Bütün Xəbərlər