Səhnədə yenidən “Şəngülüm, Məngülüm”

Səhnədə yenidən “Şəngülüm, Məngülüm”
28.03.2026 13:00 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı yubiley ilində balaca tamaşaçılarını növbəti maraqlı səhnə işi ilə sevindirməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, teatrın repertuar planına uyğun olaraq Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yenidən səhnəyə gətirilir.

Uzun illərdir ki, həm dünya uşaq ədəbiyyatında, həm də Azərbaycan folklorunda xüsusi yer tutan bu nağıl kukla teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə balaca tamaşaçıların böyük marağı ilə qarşılanıb. Bu dəfə isə yaradıcı heyət əsərə yeni səhnə baxışı gətirərək onu daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edir.

Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır. Tamaşa “Şəngülüm, Məngülüm” adı ilə səhnələşdirilib.

Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır. Bu da tamaşanın yalnız əyləncəli deyil, həm də maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Elza Seyidcahandır.

 Musiqi tərtibatı və səhnə həlli tamaşanın ümumi ovqatını zənginləşdirərək balaca tamaşaçılar üçün maraqlı və yaddaqalan atmosfer yaradır.

Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları Səninə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.

Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.

Onu da qeyd edək ki, “Şəngülüm, Məngülüm” tamaşasının premyerası 29 mart tarixində keçiriləcək. Premyera günü tamaşa saat 12:00, 14:00 və 16:00 seanslarında nümayiş olunacaq.

Azərbaycan Dövlət Kukla Teatrı bütün balaca tamaşaçıları və valideynləri bu rəngarəng nağıl dünyasına səyahətə dəvət edir.

TodayPress TV

PHOTOS

Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 1
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 2
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 3
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 4
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 5
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 6
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 7
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 8
Səhnədə yenidən “Şəngülüm, Məngülüm” — 9
NEWS FEED
30 JULY 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 All News