Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi
09.03.2026 10:54 Mədəniyyət

"Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.

Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib.

Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, "Her Art in Action", VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına, eləcə də Azərbaycanın beynəlxalq mədəni iştirakının gücləndirilməsinə həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Qeyd olunub ki, üç il ardıcıl keçirilən "Her Art in Action" regionda qadınların yaradıcılığına və millətlərarası mübadiləyə həsr olunmuş nadir festival kimi çıxış edir. Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Gürcüstan, Misir, həmçinin Balkan bölgəsi, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir.

"Mənzərəyə açılan ev" mövzusu isə evi sabit məkan kimi deyil, qadın təcrübəsi ilə formalaşan dəyişkən bir vəziyyət kimi nəzərdən keçirir. Gündəlik məişət hüdudlarından çıxaraq, mövzu qadınların ictimai və şəxsi həyat, göz önündə olma və təklik, aidiyyət və müqavimət arasındakı gərginlikdə məkanı necə yaratdığını, müəyyən etdiyini, mübarizə apardığını və geri qaytardığını araşdırır.

Tədbir çərçivəsində, şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib.

Həmçinin sərgi iştirakçıları öz əl işlərindən Leyla Əliyevaya hədiyyə ediblər.

Sonda Leyla Əliyeva "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Festivalın builki buraxılışının kuratoru, multimedia rəssamı Sitara İbrahimbəyli martın 8-də keçirilən ilk sərgisinin açılışında 27 yerli və xarici rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib: "Üçüncü ildir ki, martın 8-də festivalın açılışını edirik. Ümumi üç açılış olacaq. Apreldə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin (Bilgəh) şagirdlərinin tanınmış müasir rəssamlarla dialoq əsasında yaradılan birgə sərgisi təşkil olunacaq. Üçüncü layihə isə İçərişəhərdə keçiriləcək və açıq havada fotoqrafiya gecəsi olacaq. Ümumilikdə üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək".

Müstəqil rəssam Kafiyə Eyvazova builki festivala "Pəncərədən baxış" əsəri ilə qatılıb. "Üç ildir festivala qatılıram və ilk dəfədir ki, xalça texnikasında iş təqdim edirəm. Əsər xovlu xalça texnikasında toxunub və insanları ailə strukturunu sorğulamağa dəvət edir. Burada kişi motivləri qadın motivlərini sanki qoruyurmuş kimi görünsə də, onu məhdudlaşdırır. Getdikcə qadının üz cizgiləri yox olur. Çünki məhdudiyyət insanın şəxsiyyətini arxa plana salır və görünməz edir. Əsər cəmiyyətimizə qadınlara dəyər verməyi, onları dinləməyi və azadlığını məhdudlaşdırmamağı tövsiyə edir".

Festivala mayın 31-də yekun vurulacaq.

TodayPress TV

PHOTOS

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 1
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 3
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 4
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 5
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 6
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 7
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 8
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak etdi — 9
NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 All News