XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir

XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir
22.06.2026 10:33 Mədəniyyət

Bakının Qaradağ rayonunda yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan karvansaraya qanunsuz müdaxilə edilib.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi yazılar və tamğaların səthi qum-sement məhlulu ilə örtülərək abidəyə ziyan vurulub. Müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür.

Xatırladaq ki, qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub.

TodayPress TV

FOTOLAR

XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 1
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 2
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 3
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 4
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 5
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 6
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 7
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 8
XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir — 9
XƏBƏR LENTİ
22 IYUN 2026
Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir 10:37 Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım 10:23 Neft bazarında zəifləmə davam edir - Birjalarda qiymətlər ürəkaçan deyil 10:13 Ermənistanda zəlzələ oldu 10:06 Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı 10:01 Türkmənistan Prezidenti Azərbaycanda dövlət səfərindədir 09:48 İspaniya DÇ tarixində unikal rekorda imza atdı 09:44 Starmer komandasını yığıb gedir - Britaniyada siyasi böhran 09:35 Ukraynadan növbəti zərbə – hədəf bu dəfə FSB oldu 09:36 Bütün Xəbərlər