Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olundu
16.12.2025 10:06 Mədəniyyət

Bu gün Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə BMT-nin Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə Ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə Xüsusi Elçisi,  cənab Miguel Ángel Moratinos arasında ikitərəfli görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq münasibətləri və bu əməkdaşlığın gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti il Bakı şəhərində UNAOC-un tərəfdaşlığı ilə keçirilməsi planlaşdırılan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məsələləri müzakirə olunub. Eyni zamanda, BMT-nin Sivilizasiyalar Alyansının XII Qlobal Forumunun 2027-ci ildə Azərbaycanda keçirilməsi təşəbbüsünün UNAOC Dostlar Qrupu ilə birgə müzakirə edilməsi barədə razılıq əldə olunub.

Tərəflər “Bakı Prosesi” çərçivəsində formalaşmış tərəfdaşlığın beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Müzakirələr zamanı Azərbaycanın UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər, o cümlədən əvvəlki illərdə təşkil olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən tədbirlər və növbəti mərhələdə planlaşdırılan forumlar barədə fikir mübadiləsi aparılıb. Bu platformaların multikultural dəyərlərin təşviqi, dini və mədəni dözümlülüyün möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə, həmçinin qlobal çağırışlar fonunda mədəni diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

TodayPress TV

PHOTOS

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olundu — 1
NEWS FEED
30 JULY 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 All News