Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi

Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi
14.08.2026 04:24 Maraqlı

Dünyanın ən sakit ölkəsi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, “Noise-Free Nations Index” reytinqinə əsasən, ilk sırada Butan qərarlaşıb.

Reytinq turist şirkəti Go2Africa tərəfindən hazırlanıb. Qiymətləndirmə zamanı ölkələrin əhali sıxlığı, turist axını, kənd ərazilərinin payı, qorunan torpaqların həcmi, avtomobil və dəmir yolu sıxlığı, həmçinin hava limanlarının sayı nəzərə alınıb.

Butanın birinci yerdə qərarlaşmasında ölkənin geniş meşəlik və dağlıq əraziləri, eləcə də turist sayını məhdudlaşdıran siyasəti əsas amillərdən olub.

İlk beşlikdə Butandan sonra Namibiya, Botsvana, Zambiya və Qabon yer alıb. İlk 10-luqda həmçinin Venesuela, Çad, Mərkəzi Afrika Respublikası, Monqolustan və Boliviya var.

Avropada ən sakit ölkə isə Estoniya seçilib. Estoniya dünya sıralamasında 34-cü, Finlandiya 39-cu, İsveç isə 40-cı yerdə qərarlaşıb. Avropa ölkələrinin ilk 20-liyə düşməməsi əhali sıxlığı, turist axınının çoxluğu və inkişaf etmiş infrastrukturla əlaqələndirilir.

Reytinqin əks tərəfində isə dünyanın ən səs-küylü ölkələri yer alıb. Bu siyahıya Sinqapur başçılıq edir. Ardınca Maldiv adaları, Barbados, Qətər və Livan gəlir.

Beləliklə, siyahıya əsasən, sakitlik axtaranlar üçün ən uyğun istiqamətlər əsasən az məskunlaşmış və geniş təbii ərazilərə malik ölkələrdir.

Kübra Musayeva

NEWS FEED
14 AUGUST 2026
Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 All News