"Polis ona xidmət edəcək, məmurlar qarşısında baş əyəcək..."

"Polis ona xidmət edəcək,  məmurlar  qarşısında baş əyəcək..."
30.04.2026 18:45 Maraqlı

Şotlandiyada meşədə “Afrika krallığı” quran şəxs ölkədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, “The Scottish Sun” qəzetinin məlumatına görə, 36 yaşlı Qana vətəndaşı Kofi Offe öz “krallığını” qurduğu Şotlandiya meşəsindən çıxarılıb və ölkədən deportasiya olunub.

Offe, Zimbabvedən olan həyat yoldaşı Jan Qaşo və amerikalı xidmətçisi Kaura Teylor ilə birlikdə Şotlandiyanın Cedburq şəhəri yaxınlığında yerləşən düşərgədə altı ay yaşayıb. Onlar ağacların arasında çadırlar quraraq burada “Kubala Krallığı”nı yaratdıqlarını elan ediblər. Özlərinin “Vəd edilmiş torpaq”da yaşadıqlarını iddia edən üçlük insanları da onların yanına köçməyə çağırıb.

Onlar bir neçə dəfə meşədən çıxarılsalar da, 2025-ci ilin oktyabrında Offe nəhayət həbs olunub. Səbəb isə onun vizasının müddətinin bitməsi olub. Altı ay sonra özünü Afrika krallığının hökmdarı elan edən şəxs deportasiya edilib. Qaşo və Teylor isə uşağa laqeyd münasibət ittihamı ilə həbsdə saxlanılır.

Qeyd edilib ki, Offe aprelin 22-də Qanadakı hava limanına çatıb. O, vətəninə qayıtdıqdan sonra hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, polis ona xidmət edəcək, yüksək vəzifəli məmurlar isə qarşısında baş əyəcək.

“Kral” həmçinin Qaşo və Teylorun da guya çoxsaylı tərəfdarları ilə birlikdə tezliklə ona qoşulacağını gözlədiyini deyib.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
14 AUGUST 2026
Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Hörmüz boğazında gərginlik: İki tankerə hücum edildi 11:16 Moskvanın bütün hava limanları bağlandı 11:54 Azərbaycan 1990-cı illərdə elə bir addım atdı ki... – Bu gün bir “boğaz”a möhtac deyilik 11:08 Pensiya alanlara xəbər: Bakı, Sumqayıt və Abşeronda... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi 11:20 Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi 10:35 Ben Şelton Nadalın izi ilə: Kanada “Masters”ində tarixi uğur! 10:55 Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 10:32 Finlandiya uçuş qadağasını aradan qaldırdı 10:15 Tramp dron idxalına “stop” qoyur: 100 faizlik rüsum qüvvəyə minir 10:06 Azərbaycan nefti ucuzlaşdı 10:02 Avro bahalaşdı, rubl və lirə ucuzlaşdı – MƏZƏNNƏ 09:20 Boksçularımız Avropada gücünü göstərdi: ilk gündə 3 zəfər! 10:09 Onlarla PUA vuruldu, limanda yanğın çıxdı 09:54 Qasperinidən Fofana təkidi: “Roma” transfer üçün hərəkətə keçdi! 09:56 İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar” 09:53 Xəzərin sahilində dünya güləşçiləri bir araya gələcək! 09:48 Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır 09:43 Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək 09:31 26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək 09:28 ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər 08:56 All News