Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO

Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO
19.06.2026 08:00 Maraqlı

Norveçdə 6 yaşlı oğlan məktəb ekskursiyası zamanı təsadüfən 1 300 illik qılınc tapıb. Tarixi tapıntının vikinqlər dövründə yaşamış bir döyüşçüyə məxsus olduğu ehtimal edilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Goodnews Network" nəşri məlumat yayıb.

Henrik adlı oğlan kəşfini Hadeland tarixi vilayətinin Qran rayonuna səfər zamanı edib. Gəzinti zamanı yerdən çıxan paslı metal əşya görən uşaq onu böyüklərə göstərmək qərarına gəlib. İlk baxışdan tapıntı adi dəmir parçası kimi görünsə də, onlar dərhal mədəni irsin qorunması üzrə mütəxəssislərlə əlaqə saxlayıblar. Mütəxəssislərin araşdırması nəticəsində əşyanın yüksək tarixi dəyərə malik olduğu təsdiqlənib.

Məlum olub ki, Henrik "skramasaks" tipli qədim dəmir qılınc tapıb. Uzun və təktərəfli bıçağa malik bu silah erkən orta əsrlərdə Şimali Avropada geniş istifadə edilib. Belə silahlar həm döyüşdə, həm də gündəlik həyatda istifadə olunurdu.

Tədqiqatçıların fikrincə, qılınc erkən vikinqlər dövrünə aiddir. Mütəxəssislər bıçaq hissəsinin Norveçdə deyil, Merovinqlər dövründə oxşar silahların geniş yayıldığı Frank krallığında istehsal olunmuş ola biləcəyini də istisna etmirlər.

Araşdırmadan sonra qılınc Oslodakı Mədəniyyət Tarixi Muzeyinə təhvil verilib. Hazırda mütəxəssislər tarixi əşyanın konservasiyası və ətraflı tədqiqi ilə məşğul olurlar(oxu.az).




TodayPress TV

NEWS FEED
03 AUGUST 2026
Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi 19:20 Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc 19:14 "Turan Tovuz" Türkiyə toplanışında növbəti qələbəsini əldə etdi 19:06 Ödəniş kartları olanların DİQQƏTİNƏ!: Fırıldaqçılıq hallarının son göstəriciləri açıqlandı 18:59 İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 All News