Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı

Motsartın əvvəllər məlum olmayan əlyazması tapıldı
21.06.2026 05:00 Maraqlı

Fransanın paytaxtı Parisdə yerləşən Milli Kitabxananın əməkdaşı məşhur Avstriya bəstəkarı Volfqanq Amadey Motsarta məxsus, içərisində arfa və fleyta üçün yeddi pyesin qeyd olunduğu not dəftərini aşkar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Nadir tapıntı mədəniyyət müəssisəsinin divarları arasında saxlanılan və 1794-cü il inqilabı dövründə qraf de Ginin evindən müsadirə olunmuş adsız əlyazmaların arasından tapılıb. Bildirilir ki, bəstəkar bu dəftərdən 1778-ci ildə Parisə son səfəri zamanı qrafın qızı, gənc arfa ifaçısı Mari-Luiza-Filippina de Bonnyer de Ginə dərslər verərkən istifadə edib. Əsərlərin müəllifliyinin birmənalı şəkildə Motsarta aid olmasını onun doğma şəhəri Zaltsburqdakı Motsart kitabxanasının mütəxəssisləri təsdiqləyiblər.

Kitabxananın kuratoru Fransua-Pyer Quanın sözlərinə görə, 44 səhifəlik əlyazmada bəstəkarın hər gün verdiyi onlarla dərsin qeydləri, o cümlədən sonuncusu yarımçıq qalmış arfa və fleyta üçün yeddi pyes yer alıb.

İyunun 21-də, Fransada Musiqi Gününün qeyd olunduğu vaxt, əvvəllər heç yerdə yayımlanmamış bu yeddi əsər Fransa Milli Kitabxanasında dəvət olunmuş qonaqlar qarşısında Fransa Radiosunun Filarmoniya Orkestrinin iki musiqiçisi tərəfindən ilk dəfə ifa ediləcək. Ümumi müddəti təxminən 20 dəqiqə olan pyeslər bu həftə lentə alınıb və bazar ertəsi yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00-da) "France Musique" radiostansiyasında yayımlanacaq. Əlyazmanın orijinalı isə bazar günü keçiriləcək konsert zamanı ictimaiyyətə nümayiş etdiriləcək.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 All News