Depozit gəlirləri 1.2 milyard manata yaxınlaşdı

Depozit gəlirləri 1.2 milyard manata yaxınlaşdı
26.12.2025 11:42 Maliyyə

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 1 milyard 164.2 milyon manat təşkil edib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% və ya 350.8 milyon manat artıb.

2024-cü ilin müvafiq dövründə banklar 813.4 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari il dekabr ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% artaraq 37 milyard 202 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 4 milyard 554.2 milyon manat faiz gəliri əldə ediblər.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 All News