Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır...

Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır...
24.06.2026 13:25 Maliyyə

İqtisadçı Asif İbrahimov sosial şəbəkə hesabında 2026-cı illə bağlı proqnozunu yenidən xatırladıb.

TodayPress TV xəbər verir ki, iqtisadçı 2026-cı ilin ixtisarlar və resessiya ili olacağını dediyini bildirib.

“Neçə illərdir iqtisadi-sosial proseslərlə bağlı fikirlərimi və proqnozlarımı bölüşürəm. Bu yanaşma nə kiməsə qarşı düşmənçilikdən, nə də tənqid etmək xatirinədir. Mövcud iqtisadi mənzərəyə, idarəetmədəki dərin böhranlara və real vəziyyətə əsaslanır”, – deyə o qeyd edib.

Asif İbrahimov yazıb ki, bir çoxları onun paylaşımlarını bəyənməkdən belə çəkinir.

O bildirib ki, 10 ildən çoxdur bütün dövlət qurumlarında KPI-nin, yəni fəaliyyətin səmərəliliyini ölçən əsas göstəricilərin tətbiq edilməsinin vacibliyini vurğulayır:

“Hər bir rəhbərin qarşısında ölçülə bilən hədəflər olmalı, nəticə yoxdursa, məsuliyyət mexanizmi işə düşməlidir.

Bu gün isə cəmiyyət haqlı suallar verir. İqtisadi artım zəifləyir, bəzi sahələrdə problemlər dərinləşir, amma çox zaman nəticəyə görə məsuliyyət məsələsi gündəmə gəlmir.

Məsələn, dövlət müəssisələrinin fəaliyyəti, büdcə vəsaitlərinin səmərəli istifadəsi, xidmət keyfiyyəti ilə bağlı ciddi müzakirələr var. Əgər hər hansı qurum uzun müddət səmərəsiz işləyirsə, bunun səbəbləri araşdırılmalı və idarəetmə qərarları verilməlidir”.

İqtisadçı qeyd edib ki, kənd təsərrüfatında da illərdir inkişafdan danışılır, lakin bazarda qiymətlər, istehsal imkanları və yerli məhsulun əlçatanlığı ilə bağlı problemlər qalmaqdadır.

“Yay mövsümündə belə bəzi yerli meyvələrin yüksək qiymətə satılması sual yaradır. Aqrar ölkədə yay mövsümündə gilasın qiyməti niyə 8-12 manat olmalıdır? Dövlət büdcəsinə 3 milyard manat zərər vuran Bakı Metropoliteninin rəhbərliyinin səlahiyyətləri niyə artırılmalıdır? 0 faiz iqtisadi artıma görə kim cavab verməlidir?” – deyə, o, sual edib.

Asif İbrahimov başqa bir proqnoz da verərək bildirib ki, idarəetmə modeli və məsuliyyət mexanizmi dəyişməsə, mövcud problemlər daha da yığılacaq:

“Bunun sonu heç də yaxşı görünmür. İqtisadiyyat rəqəmləri uzun müddət “gözləmə rejimində” saxlamaqla idarə olunmur. Nəticə tələb edən və ölçülə bilən idarəetmə sistemi qurulmalıdır.

Artıq “Mən bunu demişdim” demək istəmirəm…”

Xanım Musayeva

NEWS FEED
14 AUGUST 2026
Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 All News