Ötən il 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib

Ötən il 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib
18.08.2025 14:01 Maliyyə

2024-cü ildə Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul olunan şəxslərin sayı 21 % artıb, 8 pilot müəssisə üzrə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələrdə bildirilir.

"Ötən il Qarabağ və Türkiyə-Azərbaycan Universitetləri fəaliyyətə başlayıb, 3 ali təhsil müəssisəsi QS qlobal reytinqinə daxil olub, nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalə sayında (40 %) və elmmetrik göstəricilərdə (1,8 %) artım qeydə alınıb, müxtəlif qrant, təqaüd vəinkişaf proqramları icra edilib", - deyə sənəddə qeyd olunub.

Bundan başqa, hesabatda deyilir ki, 2024-cü ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsi üçün 4 milyard 550,3 milyon manat vəsait (2023-cü illə müqayisədə 420,4 milyon manat və yaxud 10,2 % çox) proqnozlaşdırıb, icraçı təşkilatların sifarişləri əsasında 4 milyard 390,1 milyon manat, yaxud proqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat (3,5 %) az vəsait ayrılıb. İcraçı təşkilatların təqdim etdiyi məlumatlara əsasən, ayrılan vəsaitdən 4 milyard 389,9 milyon manat istifadə olunub.

Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 %-i (və ya 18,1 milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi nəzərdə tutulub və 5,9 milyon manat istifadə olunub. Sektor üzrə vəsaitin 91,8 %-i Elm vəTəhsil Nazirliyinin icra etdiyi tədbirlərin payına düşüb.

Monitorinqin nəticələrinə əsasən, Elm vəTəhsil Nazirliyinin Maliyyə Nazirliyinə təqdim etdiyi 2024-2027-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə ümumən nail olunub və nəticələr üzrə orta statistik icra göstəricisi yüksək olub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər