ADB regional rəqəmsal ticarət layihəsini təsdiqlədi

ADB regional rəqəmsal ticarət layihəsini təsdiqlədi
22.12.2025 10:38 Maliyyə

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Azərbaycanın da daxil olduğu regional rəqəmsal ticarət layihəsinin icrasına başlayıb.

TodayPress TV xəbər verir ki, söhbət CAREC Integrated Trade Agenda 2030 sənədinin ikinci mərhələsi üzrə “Rəqəmsal ticarətin sürətləndirilməsi” adlı alt-layihədən gedir.

Layihə texniki yardım formatında icra olunacaq və 900 min ABŞ dolları həcmində maliyyə ilə Koreya Respublikasının e-Asia və Knowledge Partnership Fund fondu tərəfindən dəstəklənir. İcraçı qurum ADB-dir.

ADB-nin layihə sənədlərinə əsasən, proqram çərçivəsində Azərbaycan da daxil olmaqla CAREC ölkələrində ticarət sənədlərinin rəqəmsallaşdırılması, elektron ticarət üzrə model qaydaların, prinsiplərin və standartların təşviqi, eləcə də sərhədlərarası məlumat axını üçün idarəetmə çərçivəsinin formalaşdırılması nəzərdə tutulur.

Layihə həmçinin sərhədlərarası rəqəmsal ödənişlərin qəbulunda mövcud məhdudiyyətlərin azaldılmasını, müxtəlif ölkələrdə tətbiq edilən rəqəmsal ödəniş siyasətləri və ödəniş sistemləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasını, eləcə də ticarət proseslərini məhdudlaşdıran texniki və institusional boşluqların azaldılmasını hədəfləyir.

ADB bildirir ki, layihənin icrası nəticəsində Azərbaycan da daxil olmaqla CAREC ölkələrinin regional və qlobal rəqəmsal ticarət şəbəkələrinə inteqrasiyasının güclənəcəyi gözlənilir, dövlət və ticarət qurumlarının siyasət formalaşdırma, koordinasiya və icra potensialı artırılacaq, həmçinin rəqəmsal ticarət üzrə bilik və institusional imkanlar genişləndiriləcək.

Qeyd edək ki, layihə CAREC Integrated Trade Agenda 2030 çərçivəsində regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, eləcə də CAREC proqramı üzrə qəbul edilmiş Bakı Bəyannaməsi daxil olmaqla, iqlim, innovasiya və ticarət sahələrində regional siyasət sənədləri ilə uyğunluq təşkil edir.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 All News