Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər

Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər
11.08.2026 18:59 Kriminal

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən S.S.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

Şahid, zərərçəkən Ə.N.-in nənəsi olduğunu deyib:

"Bizim evlərimiz bir-birinə yaxın məsafədə yerləşir, qonşuyuq. Həmin gün qızımın evində idim, nəvəm də evdə idi. İşim olduğu üçün evimə qayıtmalı oldum. Mən ehtimal edirəm ki, bu, (təqsirləndiriləni nəzərdə tutur - red.) mənim nə vaxt o evdən çıxacağımı güdüb. Evimə təzəcə çatmışdım ki, səs-küy eşidib pəncərəmdən baxanda S.S.-nin əlində bıçaqla yerə yıxılmış N.-in başının üstündə dayandığını, onu döydüyünü gördüm. Ağlım başımdan çıxdı, hay salıb yola tərəf qaçdım".

Digər şahid Ə.Z. hadisə günü S.S.-nin Ə.N.-lə əlbəyaxa olduğunu gördüyünü bildirib:

"Evimdə idim. Bir qadının "ay aman, kömək edin" deyə qışqırdığını eşidib tez çölə qaçdım. Yaxınlaşanda gördüm ki, N.-ə zərbələr endirir. N. də çabalayıb qışqırır, kömək istəyirdi. Mən qışqırıb onlara tərəf qaçmağa başladım. Hay-küyə, qışqırığa insanlar toplaşanda S.S. tez qaçıb getdi. N.-i qucağıma alıb qapılarının ağzına gətirdim, "102"yə zəng elədim".

Növbəti proses sentyabrın 1-nə təyin olunub.

Xatırladaq ki, hadisə 13 oktyabr 2025-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tanışının elektron qəlyanını alıb geri qaytarmayıb.Tərəflər arasında da mübahisə elə bundan sonra baş verib.

Təqsirləndirilən yeniyetmənin bıçaqladığı yeniyetmə isə onun qəlyanını aldığı şəxsin qardaşı olub.

Bir qrup yeniyetmə arasında qanlı insidentlə nəticələnən mübahisənin də əsas predmeti həmin elektron qəlyan olub.

Faktla bağlı cinayət işi başlanılaraq təqsirləndirilən şəxs CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29. 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

NEWS FEED
11 AUGUST 2026
Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başladı 20:08 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 ABŞ-da Azərbaycanla bağlı mühüm görüş - Nələr müzakirə edildi? 18:22 Husilərə “komanda” verən İran imiş - Yəməndən İDDİA 18:14 Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 All News