Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi

Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi
04.07.2025 15:16 Kənd Təsərrüfatı

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və aqrar sahibkarlığın təşviqinə xidmət məqsədilə Aqrar Biznes Festivalı və Tərəvəz Festivalı təşkil olunub.

TodayPress TV xəbər verir ki, Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.

Festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. Tərəvəz Festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri- pomidor, xiyar, bibər, badımcan və digər yerli məhsullar təqdim olunub. Festivalda Qazax-Tovuz iqtisadi rayonu üzrə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarından fermerlər və yerli rayon sakinləri iştirak edib. 

Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnika və texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik və mineral gübrələr, eləcə də bitki mühafizə vasitələri sərgilənib. Festival iştirakçıları yerli fermerlərin yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq və birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Festivalda kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün açıq havada ziyafət təşkil edilib.

Festivalın rəsmi açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Şəmkir rayonunda kənd təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. O, bu festivalın gələcəkdə regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyinə əmin olduğunu deyib. 

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov vurğulayıb ki, festivallar yerli sahibkarlar, aqrar məhsul istehsalçıları üçün faydalı əməkdaşlıq imkanları yaradır: “Bizim məqsədimiz kənd təsərrüfatının innovativ inkişafını təşviq etmək və fermerlərə dəstək olmaqdır. İnnovasiyalar sadəcə texnika və texnologiyalarla məhdudlaşmır – yeni yanaşmalar, bazara çıxış modelləri və fermerlərimizin biliklərinin artırılması da əsas prioritetlərimizdəndir. Biz fermerlərimizin yalnız məhsul istehsalçısı deyil, eyni zamanda bir sahibkar, bir yenilikçi kimi inkişaf etməsini istəyirik”. 

Rəsmi açılışdan sonra sərgi təşkilatçıları və rəsmi nümayəndələr stendləri ziyarət ediblər. 

Festivalın ənənəsinə uyğun olaraq bank və bank olmayan kredit təşkilatlarının və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Kredit yarmarkası ilə yanaşı, dövlət və özəl maliyyə qurumlarının iştirakı ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Panel sessiyalarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Biznesin İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel sessiyası zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları və fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə məlumatlar verilib. Həmçinin, festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlər üçün “ Kartof bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri” mövuzunda təlim keçirilib.

Qeyd edək ki, bölgələrdə keçirilən məhsul festivalları fermerlər, sahibkarlar və istehlakçılar arasında birbaşa əlaqə yaratmaqla yanaşı, yerli məhsulların bazarda tanımasına, satış imkanlarının genişlənməsinə və yerli brendlərin formalaşmasına şərait yaradır. Məhsul festivallarının keçirildiyi bölgələrin öz ixtisaslaşmış məhsulları ilə “Caspian Agro 2026” sərgisində iştirakı planlaşdırılır. Sərgidə iştirakın əsas məqsədi bölgələrdə istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsullarının daha geniş auditoriyaya tanıdılması, yeni satış bazarlarına çıxış imkanlarının yaradılması və yerli məhsulların beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaratmaqdır.

FOTOLAR

Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 1
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 2
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 3
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 4
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 5
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 6
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 7
Şəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirildi — 8
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər