Qoşqar Təhməzli: “Fitosanitar nəzarət ixrac potensialının artırılmasına xidmət edir”

Qoşqar Təhməzli: “Fitosanitar nəzarət ixrac potensialının artırılmasına xidmət edir”
17.12.2025 11:16 Kənd Təsərrüfatı

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fitosanitar sahədə sistemli və risk əsaslı nəzarət tədbirləri həyata keçirərək bitki sağlamlığının qorunmasını və təhlükəsiz toxum-ting dövriyyəsinin təmin olunmasını prioritet istiqamət kimi müəyyənləşdirib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Agentlik karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görür:

“Fitosanitar nəzarətin gücləndirilməsi təkcə daxili bazarın qorunmasına deyil, eyni zamanda Azərbaycanın ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. İxracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur. Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar isə beynəlxalq standartlara uyğun şəkildə verilir. Bu sahədə rəqəmsallaşma və şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “E-Fito” (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtibinə, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır”.

Agentlik rəhbəri diqqətə çatdırıb ki, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb:

“Qanun layihəsinin qəbul edilməsi bu sahədə şəffaflığın artırılmasına, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşdırılmasına şərait yaradacaq. Sözügedən sənəd ölkənin ixrac potensialının genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Sonda agentlik rəhbəri qeyd edib ki, qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi yalnız dövlət orqanlarının deyil, bütövlükdə aqrar sahənin ortaq məsuliyyətidir. Onun sözlərinə görə, Agentlik fermer və sahibkarları nəzarət obyektləri kimi deyil, etibarlı tərəfdaşlar kimi qəbul edir və bu tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 All News