ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
09.07.2025 16:56 Kənd Təsərrüfatı

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli, Kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, EU prorektoru İlkin Şengün, EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan, EU Kənd təsərrüfatı fakültəsinin dekan müavini Gülsüm Öztürk və ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının layihə rəhbəri Edip Açıl iştirak ediblər.

İclasda çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov proqramın uğurla davam etdiyini, yeni ixtisaslarla cari ildən proqrama tələbə qəbulu həyata keçiriləcəyini diqqətə çatdırıb.

Proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan rəhbər komitə görüşündə bir sıra vacib məsələlər müzakirə olunduqdan sonra, Proqramın direktoru Lamiyə Quliyevanın hesabatı dinlənilib.

FOTOLAR

ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib — 1
ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib — 2
ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib — 3
ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib — 4
ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib — 5
XƏBƏR LENTİ
06 AVQUST 2026
Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Bütün Xəbərlər