AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO

AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO
23.12.2025 15:08 İqtisadiyyat

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində 2025-ci ilin yekunlarına Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.

Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.


Tədbirdə ilk təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AQC tərəfindən təqdim edilən hesabata münasibət bildirərək, qurumun aktiv fəaliyyətinin qiymətləndirmə sektorunun inkişafında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Komitə sədri qurumun beynəlxalq əlaqələr, ictimai və peşəkar sektorlar üzrə hərtərəfli proqram xarakterli fəaliyyətinin Azərbaycan dövlətinin yeritdiyi siyasətin davamı kimi yüksək qiymətləndirib.


Daha sonra çıxış edən millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov, Ceyhun Məmmədov və Səbinə Salmanova qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatında əhəmiyyətindən danışıblar.


Deputatlar bildiriblər ki, daşınmaz əmlak, bank sektoru, investisiya mühiti və sahibkarlığın inkişafı baxımından peşəkar qiymətləndirmə mexanizmləri mühüm rol oynayır.


Qeyd edilib ki, bu sahədə fəaliyyət göstərən institutların gücləndirilməsi iqtisadi sabitliyə və şəffaflığa birbaşa təsir göstərir.

Millət vəkilləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələr xüsusilə vurğulanıb, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarının sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında rolunun əhəmiyyəti qeyd edilib.


Deputatlar AQC-nin və qurum rəhbərliyinin qeyd olunan istiqamətdə fəalləğını təqdir etdiklərini, Azərbaycanın ictimai sektorunun və ekosistemin önəmli iştirakçılarından biri olduğunu bildiriblər.


Tədbirdə UNEC(Azərbaycan Dövlət İqtisad Üniversiteti) tərəfindən AQC sədri Vüqar Oruca serifikat təqdim olunub. Serifikatı təbrik çıxışdan sonra fəlsəfə üzrə fəlsəfə doktoru, UNEC Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə təqdim edib.

Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.

Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.

Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından xüsusi təşəkkür ifadə olunub.


Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib, Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə iştirakçılara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.

TodayPress TV 

PHOTOS

AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 1
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 2
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 3
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 4
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 5
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 6
AQC 2025-ci ilin yekunlarına həsr olunmuş rəsmi tədbir keçirdi - FOTO — 7
NEWS FEED
16 JUNE 2026
Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 All News