Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı: Tarixin gizli üzü - VİDEO

Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı: Tarixin gizli üzü - VİDEO
27.07.2026 10:31 Araşdırma

1980–1988-ci illərdə cərəyan edən İran–İraq müharibəsi XX əsrin ikinci yarısının ən qanlı və uzunsürən dövlətlərarası münaqişələrindən biri sayılır.

1980-ci il sentyabrın 22-də Səddam Hüseynin əmri ilə İraq qoşunları İranın cənub-qərbindəki Xuzistan istiqamətində hücuma keçdi; səkkiz il davam edən müharibə heç bir tərəfin qəti qələbəsi olmadan, lakin nəhəng insan itkiləri ilə başa çatdı.

Ölənlərin ümumi sayına dair rəqəmlər 500 min nəfərdən 1–2 milyon nəfərədək dəyişir. Bu böyük miqyaslı itkilərin arxasında yalnız hərbi əməliyyatların maştabı dayanmırdı.


Hər iki savaşın xarakterində soydaşlarımızdan amansız istifadə ön plana çıxırdı.

Müharibənin az öyrənilmiş tərəflərinin təhlilində görə bilərik ki, hər iki dövlətin sərhədyanı bölgələrində yaşayan etnik azlıqların - İran tərəfində Cənubi Azərbaycan türklərinin, İraq tərəfində isə türkmanların qeyri-mütənasib şəkildə iki mənasız ideoloji xətt üçün qurban seçilmələri ürəkdağrıdıcı faktlardandır.

İranın etnik siyasəti və Cənubi Azərbaycan türkləri

Cənubi Azərbaycan türkləri İranın ən böyük qeyri-fars etnik qrupudur. Müxtəlif hesablamalara görə ölkə əhalisinin 30 faizdən çoxunu təşkil edirlər.

Əsasən şiə məzhəbinə mənsub olan bu icma tarixən İranın siyasi mərkəzinə coğrafi və dini yaxınlığı səbəbindən dövlətlə mürəkkəb, lakin nisbətən inteqrasiya edərək xüsusi münasibətdə olmuşdur.

Bununla belə, 1925-ci ildə Rza şah Pəhləvinin hakimiyyətə gəlişindən sonra tətbiq edilən sistemli farslaşdırma (assimilyasiya) siyasəti, ana dilində təhsilin qadağan olunması, iqtisadi ayrı-seçkilik və məcburi miqrasiyaya təkan verən addımlar haqda xeyli məlumatlar mövcuddur.

Müharibə dövründə İran ordusu, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu və “Bəsic” könüllü qüvvələri, geniş miqyaslı “insanı yem kimi qurban etmək” taktikasından istifadə edirdi.

Mənbələr göstərir ki,  İranın bu hücumlarında çox vaxt təlimsiz və zəif silahlanmış çağırışçıları, bəzən küçələrdən toplanmış yeniyetmələri belə minalanmış sahələrə və İraqın üstün  gücünə qarşı göndərdiyini qeyd edilir.


Hava və raket zərbələri isə ən çox İranın qərb və şimal-qərb şəhərlərinə, yəni azərbaycanlıların sıx yaşadığı Təbriz və ətraf bölgələrə  ziyan vururdu.

İran rejimi azərbaycanlı çağırışçıları planlı şəkildə ön cəbhəyə, yəni ən yüksək itki ehtimalı olan istiqamətlərə yönəldərək ölümlərinə yol açır,  assimilyasiya siyasətinin “demoqrafik” davamı kimi türk əhalisini seyrəltməyə çalışırdı.

İraqda türkmanlar və Bəəs rejiminin siyasəti

1957-ci il siyahıyaalınmasına görə  Bəəs rejimindən əvvəlki son etibarlı sayım göstərir ki, İraqda təxminən 567 min türkman qeydə alınmışdı və onlar ərəb və kürdlərdən sonra üçüncü böyük icma idi.

Səddam Hüseyn dövründə (1968–2003) türkmanlar sistemli təzyiqə, mədəni və siyasi hüquqlardan məhrumetməyə, xüsusən də Kərkükün “ərəbləşdirilməsi” siyasətinə məruz qaldılar.

Bu siyasət məhz İran–İraq müharibəsi illərində, kürd müqavimətinin qırılması bəhanəsi ilə daha da gücləndirildi.

Beynəlxalq hüquq təşkilatlarının (məsələn, Minority Rights Group) hesabatlarına görə, Bəəs rejimi türkmanları orduda və Kərkük neft sənayesində yüksək vəzifələrdən sistemli şəkildə uzaqlaşdırır, təmizləmələr aparır və bir çoxlarını sıradan çıxarırdı.

Yəni rejimin etnik siyasəti həm də türkmanları strateji mövqelərdən “çıxarmaq” istiqamətində idi.

Eyni zamanda al-Ənfal kampaniyası çərçivəsində (Al-Ənfal kampaniyası 1986–1989-cu illərdə (əsasən 1988-ci ildə) Səddam Hüseynin rəhbərlik etdiyi İraqın Bəəs rejimi tərəfindən ölkənin şimalındakı kürd əhalisinə və digər etnik azlıqlara qarşı törədilmiş soyqırım aktıdır.

Kampaniyanın adı adını Qurani-Kərimin 8-ci surəsi olan və "müharibə qənimətləri" mənasına gələn Əl-Ənfal surəsindən götürülmüşdür. İraq rejimi bu dini termindən kürdlərə və digər etnik xalqlara qarşı apardığı hərbi əməliyyatları qanuniləşdirmək və talanları "halal" göstərmək üçün kod adı kimi istifadə etmişdir).

Müharibə illərində minlərlə kənd dağıdıldı və türkmanlar da bu köçürülmə və repressiyalardan zərər çəkdi.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı


FOTOLAR

Səddam və Xomeyni milyona yaxın Azərbaycan türkünü cəbhədə bir-birinə qırdırdı: Tarixin gizli üzü - VİDEO — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Bütün Xəbərlər