Kennedinin öldürülməsi ilə bağlı İDDİA: O, sevgi hekayəsinin qurbanı olub?

Kennedinin öldürülməsi ilə bağlı İDDİA: O, sevgi hekayəsinin qurbanı olub?
19.05.2025 15:07 Maraqlı

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyatçısı Ralf Qanis, ölkənin 35-ci prezidenti Con Kennediyə qarşı sui-qəsdin əsl sifarişçilərinin prezidentin yaxın ətrafı olduğunu iddia edib. Onun sözlərinə görə, bu qərar Kennedinin Sovet casusu olan qadınla sevgi münasibətlərinin ictimailəşəcəyi qorxusu ilə verilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Radar Online” nəşri məlumat yayıb.

Qanis bildirib ki, 1963-cü ilin noyabrında Dallasda baş verən sui-qəsdin arxasında ABŞ-nin hərbi komanda strukturu olan “Milli Komanda Səlahiyyəti” dayanıb. O iddia edir ki, əldə etdiyi sənədlərə əsasən, prezident Sovet İttifaqının agenti olan qadınla əlaqədə olub və bu məlumatın tezliklə mediaya sızması gözlənilib.

Keçmiş kəşfiyyatçı əlavə edib ki, Kennediyə atəş açan şəxs rəsmi olaraq ittiham edilən Li Harvi Osvald deyil, Fransa ordusunun sabiq kapitanı və ultrasağçı “Gizli Silahlı Təşkilat”ın üzvü Jan Rene Suetr olub.

Suetrin Fransa müstəmləkəçiliyini müdafiə edən hərbi əməliyyatlarda iştirak etdiyi, sonradan isə İspaniyada yaşadığı və Afrikada muzdlu döyüşçü kimi fəaliyyət göstərdiyi deyilir.

Qanisin fikrincə, sui-qəsd planı sabiq nasist diversant, "SS" zabiti Otto Skorzeninin rəhbərliyi ilə hazırlanıb. O, bu iddiasını “Skorzeni sənədləri” adlandırdığı materiallara əsaslandırır və deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) onun prezidentin aradan qaldırılması üçün muzdlu qrup təşkil etməsinə görə ödənişlər edib.

Qanis onu da əlavə edib ki, Kennedinin aradan götürülməsi ABŞ rəhbərliyində geniş yayılmış casusluq və fahişəlik şəbəkəsinin ifşa olunmasının qarşısını almaq məqsədi daşıyıb.

Onun sözlərinə görə, bu şəbəkəyə konqresmenlər, senatorlar və lobbiçilər daxil olub və məlumatların yayılması ölkəni reputasiya böhranına sala bilərmiş.

Bununla belə, Qanisin iddiaları nə ABŞ-də, nə də beynəlxalq ekspertlər arasında ciddi əks-səda doğurmayıb.

Təqdim etdiyi “sübutlar” əsasən fərziyyələrə və əvvəllər təkzib olunmuş məlumatlara əsaslanır.

Rəsmi araşdırmalara görə, Kennedini Li Harvi Osvald təkbaşına öldürüb.

Son illərdə Donald Trampın təşəbbüsü ilə açıqlanan sənədlər də bu versiyanı təkzib etmir.

Lakin hadisə ilə bağlı müəmmalar hələ də qalmaqdadır.

Töhfə Səməd

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Bütün Xəbərlər