Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları artıq “mygov” platformasında!

Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları artıq “mygov” platformasında!
02.06.2025 16:19 İKT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.  Əvvəllər yalnız fiziki formada təqdim olunan bu məlumatlara çıxış tam rəqəmsallaşdırılıb.

TodayPress TV xəbər verir ki, vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər. 

Hazırda hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət məlumatlarını, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair məlumatları və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.   

Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.  Qeyd edək ki, Dövlət Xidmətləri üçün göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Bu sahədə aparılan islahatlar və yeniliklər vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi və səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər