Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA

Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA
23.05.2025 17:15 İKT

Artıq sosial mediada reklamla məşğul olan influenserlər və bloqerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib. 

TodayPress TV xəbər verir ki, rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bu barədə öz “Facebook” hesabında yazıb.

O, reklam haqqında qanuna edilən dəyişikliklərin təsdiqlənməsi haqqında fikir yürüdüb. Ekspertlər diqqətə çatdırıb ki, Azərbaycanda əsasən "Meta" ("Instagram, "Facebook" və s.) və "Google" ("Youtube" və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə "TikTok"da bu bazardan xeyli pay qopardır. Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır:

“Sosialda az sayda bloqer var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər. Ümumiyyətlə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat nəzərdə tutulur. Hətta 10-15 min manat alan blogerlər də var. Əksəriyyət isə elə də böyük pullar qazanmırlar. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm isə getdikcə artacaq".

Ekspert bu dəyişikliklərin reklam bazarına və sosial medianın inkişafına necə təsir edəcəyindən söz açıb: 

"Ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli bloqerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq və sosial mediada izləyici etimadı güclənəcək. Amma burada bəzi risklər də var. Belə ki, qanunun tətbiqində yol verilən ciddi addımlar bu kiçik biznes üçün, yeni bloqer və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər. Həmçinin, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni, sosial media məhz müxtəlif fikirliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır. Əgər yalnız yeknəsəng, kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu, sektorun inkişafına da mənfi təsir göstərəcək".

Osman Gündüz bildirib ki, bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə, iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.

Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev “Reklam haqqında” Qanuna dəyişikliyi təsdiq edib. Dəyişikliyə əsasən, bloqer mütləq reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır. 

Töhfə Səməd

FOTOLAR

Reklamla bağlı yenilik influenserlərə nə vəd edir? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər