Süni intellekt: Tərəqqi aləti, yoxsa yeni təhlükə?

Süni intellekt: Tərəqqi aləti, yoxsa yeni təhlükə?
02.10.2025 16:46 İKT

Texnologiyanın inkişafı bir çox işləri asanlaşdırsa da, eyni zamanda yeni risklər də yaradır. O, insan həyatını yüngülləşdirə biləcək imkanlar təqdim edir. Lakin bütün bu üstünlüklərlə yanaşı, süni intellekt fırıldaqçılıq və kiberdələduzluq üçün də əlverişli mühit yaradır.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan informasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov bildirib ki, süni intellektin həm faydalı, həm də təhlükəli tərəfləri var:

"Süni intellekt insan həyatını asanlaşdırmaq üçün çox böyük potensial təqdim edir. Amma həddən artıq istifadənin zərəri var. Təhlükəsizlik, məxfilik və sosial etibar kimi sahələrə ciddi mənfi təsir göstərə bilər".

Ekspertin sözlərinə görə, fırıldaqçılıq üsulları getdikcə təkmilləşib. Məsələn, süni intellekt vasitəsilə səsin kopyalanması mümkündür ki, bu da maliyyə və şəxsi məlumatların oğurlanmasına şərait yaradır:

"Bundan əlavə, "deepfake" – yəni dərin saxtakarlıq vasitəsilə profil şəkilləri, videolar və hətta canlı görüntülər dəyişdirilə bilər. Saxta linklərin həqiqisindən seçilmədiyi hallar da kiberdələduzluğun daha təhlükəli hala gəldiyini göstərir. Saxta xəbərlər insanların məlumatlara olan güvənini azalda bilər. Bəzən bilmək olmur ki, bu video realdır, yoxsa süni intellekt tərəfindən hazırlanıb. Bu isə xüsusən məşhur və siyasi şəxslər üçün ciddi problem yaradır".

Mütəxəssis vurğulayıb ki, insanlar fərdi təhlükəsizlik qaydaları barədə məlumatlandırılmalı, süni intellektin etik və təhlükəsiz istifadəsi üçün beynəlxalq və yerli qanunlar hazırlanmalı, eləcə də istifadəçilər yalnız etibarlı platformalarda məlumat paylaşmalı və şəxsiyyət doğrulama sistemləri gücləndirilməlidir.

"Süni intellekt bəşəriyyətin problemlərini həll etmək üçün mühüm vasitədir. Amma onun təhlükələrinə də eyni dərəcədə ciddi yanaşmaq zəruridir", - deyə Natiq Məmişov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Süni intellekt: Tərəqqi aləti, yoxsa yeni təhlükə? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər