Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı

Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı
06.08.2026 13:12 İKT

Azərbaycanda rəqəmsal dövlət idarəçiliyinə keçid istiqamətində növbəti addım atılıb. Daha beş İcra Hakimiyyətinin informasiya texnologiyaları sistemləri "Hökumət buludu"na köçürülüb. Bu proses "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan deputat Vüqar Bayramov bildirib ki, kağızsız hökumət modelinin formalaşdırılması istiqamətində əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.


"Fəaliyyət Planına əsasən, kağızsız hökumətin formalaşdırılması çərçivəsində dövlət qurumlarının daxili biznes proseslərinin, o cümlədən maliyyə, insan resursları və satınalma sahələrinin ən azı 80 faizinin təhlili aparılacaq. Eyni zamanda, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını üçün vahid texniki meyarlar hazırlanaraq təsdiqlənəcək".

Onun sözlərinə görə, həyata keçiriləcək tədbirlər nəticəsində müəssisə resurslarının planlaşdırılması (ERP) və rəqəmsal iş axını sistemlərini tətbiq edən dövlət qurumlarının payı 40 faizi ötəcək.

"Azərbaycanda kağızsız hökumət modelinə keçidin 2028-ci ilin iyul ayında reallaşdırılması nəzərdə tutulur. Bu mərhələdə dövlət qurumlarında sənəd dövriyyəsinin və inzibati əməliyyatların 80 faizinin rəqəmsal formata keçirilməsi hədəflənir".

Deputatın fikrincə, bu transformasiya təkcə dövlət idarəçiliyinin səmərəliliyini artırmayacaq, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq.

"Kağızsız hökumət modelinin tətbiqi innovativ sahələrin ümumi daxili məhsuldakı payının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişlənməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasının sürətlənməsinə mühüm töhfə verəcək", – deyə Vüqar Bayramov əlavə edib.

Qeyd edək ki, sənədə əsasən, qarşıdakı iki il ərzində ölkədə rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət xidmətlərinin genişləndirilməsi və dövlət idarəçiliyində elektronlaşmanın daha da sürətləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Fəaliyyət Planının mühüm hədəflərindən biri isə kağızsız hökumət modelinə keçidin təmin edilməsidir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması, daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması və vahid rəqəmsal iş axınının formalaşdırılması nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
06 AUGUST 2026
Bu qida qocalmanı ləngidə bilər 16:01 Özbəkistan millisinin baş məşqçisi açıqlama verdi 16:01 İdman edənlərin nəzərinə: Yorğunluq hissini necə dəf etmək olar? 15:49 Qan təzyiqini ayaqda ölçün - Mütəxəssislər açıqladı 15:39 Ən faydalı şokolad növü açıqlandı - Bu növ iltihabı azalda bilər 15:31 Pulu müharibələrə və İsrailə yox vətəndaşlarımıza xərcləməliyik - Sanders 15:18 “Qarabağ”ın səsinə Lublin stadionu şahid olacaq! 15:14 “Formula-1” ulduzlarının gecə macərası üzə çıxdı! 14:54 Prezidentin yeni təyinat verdiyi Fəxrəddin İsmayılov kimdir ? 14:53 Elman Abdullayev UNESCO-dan geri çağırıldı, yerinə təyinat oldu 14:29 Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı 14:26 Qəzzada 112 insan 1000 gündən sonra dəfn edildi - VİDEO 14:17 Rassell “Formula-1”dəki sərt reallığı açıqladı! 14:09 Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi geri çağırıldı, yenisi təyin olundu - FOTOLAR 14:04 Kannavaro millidəki gizli problemi üzə çıxardı! 13:51 Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi 13:43 Azərbaycanlı futbol funksioneri növbəti dəfə UEFA-nın seçimi oldu! 13:29 AZCON-a "Azərkosmos"la bağlı yeni səlahiyyətlər verildi 13:26 Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi 13:24 “Qalatasaray”ı şoka salan komissiya tələbi! 13:13 Azərbaycanda kağızsız hökumətə keçid tarixi açıqlandı 13:12 Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı! 13:11 Arutyunyan və digərlərinin məhkəməsində qərar... 12:51 Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? 12:43 Sibiha Azərbaycana başsağlığı verdi 12:32 All News