Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edildi

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edildi
09.07.2025 09:52 İKT

SİMA-nın biometriya texnologiyası müəllimlərin sertifikatlaşdırılması imtahanlarında tətbiq edilib.

TodayPress TV xəbər verir ki, 19-25 iyun tarixlərində keçirilən imtahanlarda iştirakçıların şəxsiyyətinin dəqiqliklə müəyyən olunması məqsədilə SİMA-nın KYC (Müştərini Tanı) rəqəmsal həllindən istifadə olunub.

Belə ki, imtahana gələn müəllimlərin kimliyinin yoxlanılması prosesi SİMA-nın üztanıma texnologiyası əsasında həyata keçirilib. Bu yanaşma prosesin daha çevik və şəffaf formada idarə edilməsinə imkan yaradıb.

İmtahana qatılan 23 434 nəfərdən təxminən 16 minə yaxın müəllimin şəxsiyyəti “SİMA KYC” ilə uğurla identifikasiya olunub və ümumilikdə proses uğurla yekunlaşıb. SİMA-nın KYC texnologiyası imtahan prosesində təhlükəsizlik və şəffaflığı təmin etməklə yanaşı, rəqəmsal həllərin təhsil sahəsində də uğurla tətbiq oluna biləcəyini nümayiş etdirib.

“SİMA KYC” haqqında

“SİMA KYC” real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin 2023-cü ildə yaratdığı bu həlli 20-dən çox qurum öz xidmətlərində tətbiq edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

Ətraflı məlumat üçün:

157

sima.az

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər