6 ayda 8,5 milyon təhlükəli keçid bloklanıb

6 ayda 8,5 milyon təhlükəli keçid bloklanıb
20.07.2026 10:45 İKT

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 6 ayda 8,5 milyon təhlükəli keçid və 2,6 milyon zərərli e-poçtu bloklayıb.

TodayPress TV xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirəsində bildirilib ki, hesabat dövründə dövlət informasiya ehtiyatlarının və kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayevin sözlərinə görə, “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə 8,5 milyona yaxın təhlükəli URL keçidi, eləcə də 4 milyondan artıq virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan şəbəkə trafiki bloklanıb. Eyni zamanda, “Sandbox” sistemi tərəfindən 64 mindən artıq zərərverici fayl aşkarlanaraq zərərsizləşdirilib.

Müşavirədə qeyd olunub ki, ilk altı ay ərzində ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi, qalan hissəsi isə digər müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb.

Bildirilib ki, hesabat dövründə dövlət elektron poçt xidməti vasitəsilə 8 milyondan artıq elektron məktub emal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Emal olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz çatdırılıb, 2,6 milyondan çox zərərli elektron məktub isə bloklanıb.

Müşavirənin yekununda kibermüdafiə imkanlarının daha da gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrası ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

TodayPress TV

NEWS FEED
21 JULY 2026
Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr 13:34 "Qəbələ" nigeriyalı futbolçu ilə anlaşdı 13:23 Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu 13:02 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir 11:38 Əliyev-Ştaynmayer görüşünə hazırlıq aparılır - VİDEO 11:34 Əsgər üçün aparılan ərzaq niyə qəbul edilmir? - RƏSMİ 11:30 YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı! 11:24 Xankəndidə səyyar ASAN xidmət təşkil olundu 11:22 Futbol tarixində yeni era: Futuristik şəhərdə dünyanın ilk "səma stadionu" tikiləcək - VİDEO 11:13 Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər 11:10 Prezident Belçika Kralını təbrik etdi 11:04 Məşhur müğənni klip çəkilişində gərgin anlar yaşadı 11:02 "Putin küncə sıxılıb..." - NATO-nun Şərq cinahına QORXULU XƏBƏRDARLIQ 10:59 Boşanma nisbəti ümumi nikahların 53,5%-nə çatdı 10:54 İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü 10:50 All News