Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı
NBA əfsanəsi, Basketbol Şöhrət Zalının üzvü və beşqat çempion Dennis Rodman karyerası dövründə bukmeker kontorlarında onun ölümü ilə bağlı mərc qəbul edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Fadeaway World” portalına bildirib.
65 yaşlı sabiq basketbolçunun sözlərinə görə, 1998-2010-cu illər arasında Las-Veqasdakı demək olar ki, bütün kazinolarda və mərc şirkətlərində onun adı bu məqsədlə istifadə olunurdu.
“1998-ci ildən 2010-cu ilə qədər Las-Veqasdakı hər kazinoda, hər bukmeker kontorunda mənim adım var idi. Səbəbini bilirsiniz? Ribaundlar yox. Orada belə yazılmışdı: “Rodman nə vaxt öləcək?” Bu, həqiqətdir. Gedib baxa bilərsiniz. Yalan danışmıram. Həmin il nə vaxt öləcəyimə dair mərc qəbul edilirdi və insanlar buna pul qoyurdular”, – deyə Rodman bildirib.
Qeyd edək ki, Dennis Rodman NBA karyerası ərzində beş dəfə çempionluq qazanıb və liqa tarixinin ən güclü müdafiəçiləri və ribaund ustalarından biri hesab olunur.
Namiq HUN