Reşforddan duyğusal vida: “Hər anından zövq aldım”
İngiltərə millisinin hücumçusu Markus Reşford “Barselona”dan ayrıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisində icarə əsasında çıxış edən futbolçu sosial şəbəkə hesabında emosional paylaşım edərək komanda ilə vidalaşıb.
Reşfordun transfer hüquqları “Mançester Yunayted”ə məxsusdur.
31 yaşlı hücumçu paylaşımında klub rəhbərliyinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
“Burada keçirdiyim vaxtın mənim üçün bu qədər müsbət və unudulmaz olmasına görə klubdakı hər kəsə minnətdaram. Hər anından zövq aldım və özümlə çox gözəl xatirələr aparıram. Kluba və bütün azarkeşlərə yeni mövsümdə uğurlar arzulayıram”, – deyə Reşford bildirib.
Futbolçu paylaşımına üzərində soyadı yazılmış “Barselona” formasının fotosunu da əlavə edib.
Namiq HUN