“Red Bull” üçün risk: mühərrik proqramdan kənar qala bilər

“Red Bull” üçün risk: mühərrik proqramdan kənar qala bilər
04.04.2026 15:51 İdman

“Red Bull Powertrains” mühərrikinin mövsüm ərzində təkmilləşdirməyə imkan verən ADUO proqramında iştirak şərtlərinə uyğun gəlməyə biləcəyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” portalının İtaliya redaksiyası məlumat yayıb.

Qərarın Mayami Qran-prisindən sonra qəbul olunacağı qeyd olunur. Həmin vaxt FIA mühərrik güclərinə görə reytinq tərtib edəcək və bu siyahı əsasında hansı istehsalçıların proqramda iştirak edə biləcəyi müəyyənləşdiriləcək. ADUO proqramının iştirakçıları ilə bağlı yekun aydınlıq isə Monako mərhələsinə yaxın olacaq.

Məlumata görə, əsas meyar kimi “Mercedes”in göstəriciləri götürülür. Bu komandanın mühərrikinin təxminən 550–560 at gücü verdiyi bildirilir. Proqrama daxil olmaq üçün geridə qalma ən azı 2 faiz olmalıdır.

Gözlənilir ki, “Ferrari”, “Audi” və “Honda” ADUO proqramında iştirak edə biləcək. “Red Bull Powertrains” ilə bağlı vəziyyət isə qeyri-müəyyən olaraq qalır. Avstriya komandasının mühərriki gözləniləndən daha rəqabətədavamlı olub və bu da onların proqramdan kənarda qalmasına səbəb ola bilər.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 All News