Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə!

Qessan “Kristal Pelas”a qayıtdı: yeni mövsümə yeni hədəflərlə!
12.08.2026 13:29 İdman

İngiltərənin “Kristal Pelas” klubu hücumçu Evann Qessanı “Aston Villa”dan bir mövsümlük icarəyə götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı opsionun da yer aldığı bildirilib.

Kot-d’İvuar millisinin üzvü olan Qessan ötən mövsümün ikinci yarısını da “Kristal Pelas”da icarə əsasında keçirib. O, bu müddətdə 14 oyunda 2 qol vurub. Hücumçu qollardan birini UEFA Konfrans Liqasındakı qələbə ilə başa çatan yürüş zamanı, “Rayo Valyekano” ilə finalda isə Leypsiqdə meydana çıxaraq vurub.

Marsel klubunun yetirməsi karyerası ərzində “Lozanna-Sport”, “Nant” və “Nitsa”nın da formasını geyinib. O, 2024/2025 mövsümündə “Nitsa”da 12 qol vuraraq mövsümün ən yaxşı futbolçusu seçilib.

Qessan daha sonra “Aston Villa”ya keçib və ötən mövsümün ikinci yarısında “Kristal Pelas”da icarə əsasında çıxış edib. Klubun məlumatına görə,  24 yaşlı hücumçu bir mövsümdə iki fərqli Avropa turnirinin qalibi olan ilk futbolçu kimi tarixə düşüb.

Namiq HUN

TodayPress TV 

NEWS FEED
12 AUGUST 2026
Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 All News