“Qalatasaray”ı şoka salan komissiya tələbi!
“Lokomotiv”in və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakovun agentləri futbolçunun “Qalatasaray”a keçidi üçün 7-8 milyon avro məbləğində komissiya istəyirlər.
TodayPress TV “Fanatik” nəşrinə istinadən xəbər verir ki, hazırda klublar arasında aparılan danışıqlarda əsas müzakirə mövzusu məhz agent komissiyasıdır.
Bildirilir ki, İstanbul təmsilçisi bu qədər yüksək məbləği ödəmək istəmir və komissiyanın azaldılması üçün danışıqları davam etdirir.
Xatırladaq ki, daha əvvəl Batrakovun xidmətində PSJ klubunun da maraqlı olduğu bildirilmişdi.
Qeyd edək ki, Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir. O, Moskva klubunun əsas komandasında keçirdiyi 81 oyunda 33 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN