“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir!

“Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir!
11.08.2026 12:05 İdman

Kiyev “Dinamo”sunun müdafiəçisi Taras Mıxavko “Qalatasaray”ın maraq dairəsinə düşüb.

TodayPress TV “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi sol ayaqlı mərkəz müdafiəçisi axtarışındadır. 

Mıxavko komandanın əsas müdafiəçisi Abdülkərim Bardakçının alternativi kimi nəzərdən keçirilir.

21 yaşlı ukraynalı futbolçu “Qalatasaray”ın qısa siyahısına daxil edilib. Mıxavko Türkiyə çempionatında legioner limiti ilə bağlı tələblərə də cavab verir.

Qeyd edək ki, Türkiyə klublarının iştirak ərizəsində 14 əcnəbi futbolçu yer ala bilər. Onlardan 10-u üçün yaş məhdudiyyəti yoxdur, digər 4 futbolçu isə 2003-cü il yanvarın 1-dən sonra doğulmalıdır.

Daha əvvəl “Trabzonspor”, həmçinin İngiltərənin “Nottingem Forest”, “Everton” və “Bornmut” klubları da Mıxavkoya maraq göstərib.

Taras Mıxavko 2023-cü ilin yayında Kiyev “Dinamo”sunun sisteminə qoşulub, 2024-cü ilin fevralında isə əsas komandada debüt edib. O, cari mövsümdə 6 oyunda meydana çıxıb və 1 sarı vərəqə alıb.

21 yaşlı müdafiəçinin “Dinamo” ilə müqaviləsi 2030-cu ilin dekabrına qədər qüvvədədir. 

“Transfermarkt” portalında onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.

Mıxavko eyni zamanda Ukrayna milli komandasının üzvüdür.

Namiq HUN

NEWS FEED
11 AUGUST 2026
İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 All News