"Neftçi" bəyanat yaydı

"Neftçi" bəyanat yaydı
20.04.2026 21:10 İdman

"Neftçi" Peşəkar Futbol Klubu bəyanat yayıb.

Bu barədə TodayPress TV-yə Bakı təmsilçisinin mətbuat xidmətindən bildirilib.

"Ağ-qaralar" Misli Premyer Liqasının 28-ci turunda keçirilmiş "Zirə" – "Neftçi" qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində hakim səhvləri ilə üzləşdiyini diqqətə çatdırıb:

"90+4-cü dəqiqədə "Zirə"nin qolu qaydaların kobud şəkildə pozulması ilə vurulub, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və "Neftçi"nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etməyib.

Bu səhv mövsümün həlledici mərhələsində "Neftçi"nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərilib".

Bəyanatda bildirilib ki, aprelin 20-də AFFA-nın inzibati binasında "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, "Neftçi" PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb:

"Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin "Neftçi"yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Klub nümayəndələri "Zirə" – "Neftçi" oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin "Zirə" – "Neftçi" oyununun hakimlərinin kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir. Bir daha bu mövsüm "Neftçi"nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

"Neftçi" PFK olaraq aşağıdakıları bəyan edirik:

1. "Neftçi"yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;

2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim futbol klubu olan "Neftçi" olaraq sona qədər mübarizə aparacağıq;

3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük "Neftçi" camiəsinin - azarkeşlərin arxamızda olması yetərlidir;

4. Bütün çətinliklərə rəğmən, "Neftçi" Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq" - bəyanatda vurğulanıb.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 All News