MVP Branson yeni rekordun sahibinə çevrildi!
Ceylen Branson 2022/2023-cü illər mövsümündən bəri NBA pley-offunda ən çox xal toplayan oyunçudur.
TodayPress TV xəbər verir ki, “Nyu-York Niks”in oyun qurucusu və NBA-2026 final seriyasının MVP-si Ceylen Branson 2022/2023-cü illər mövsümündən – Nyu-York klubuna keçidindən sonra – pley-off mərhələsində ən çox xal toplayan basketbolçu olub.
Həmin dövrdə NBA pley-offunda ən çox xal toplayan 5 oyunçu aşağıdakılardır:
1. Ceylen Branson (“Nyu-York Niks”) – 1796 xal
2. Nikola Yokiç (“Denver Naqqets”) – 1466 xal
3. Şey Gildjes-Aleksander (“Oklahoma Siti Tander”) – 1404 xal
4. Ceyson Teytum (“Boston Seltiks”) – 1383 xal
5. Ceylen Braun (“Filadelfiya Siksers”) – 1330 xal
Qeyd edək ki, 2026-cı il NBA final seriyasında “Nyu-York Niks” “San Antonio Spurs”u 4:1 hesabı ilə məğlub edərək çempion olub.
Namiq HUN