Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi

Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi
24.07.2026 09:15 İdman

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker Böyük Britaniyada milyonerlər üçün vergilərin artırılmasını tələb edən təşəbbüsə qoşulub.

TodayPress TV xəbər verir ki, Lineker yeni baş nazir Endi Börnhemə ünvanlanan açıq məktubu imzalayan 120 milyonerdən biri olub.

Məktubda bildirilib ki, ölkənin son onilliklərdə qarşılaşdığı problemlərin aradan qaldırılması üçün ən varlı şəxslər daha çox məsuliyyət daşımalıdır.

“Biz – milyonerlər – sizə aydın mesaj veririk: bizi vergiyə cəlb edin. Vergi ödəməklə fəxr edirik və ölkəmizdə qalmaq istəyirik. Söhbət hər gün işləyərək dolanan insanlardan deyil, gəlirlərini sahib olduqları kapital hesabına əldə edən ən varlı şəxslərdən gedir”, – deyə müraciətdə vurğulanıb.

Məktub müəllifləri hesab edirlər ki, sərvət və güc uzun illər ərzində azsaylı insanların əlində cəmləşib və bu, ölkəyə, demokratiyaya və ətraf mühitə mənfi təsir göstərib. Onların fikrincə, daha ədalətli vergi siyasəti həm insanların rifahına, həm də Böyük Britaniyanın gələcəyinə töhfə verə bilər.

Milyonerlər baş nazirdən ən varlı təbəqə üçün vergilərin ədalətli şəkildə artırılmasını nəzərdən keçirməyi xahiş edərək, bunun ölkənin gələcəyinə yatırılan investisiya olacağını bildiriblər.

Namiq HUN

TodayPress TV

NEWS FEED
24 JULY 2026
Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?” 09:37 Rusiya ərazisinə kütləvi PUA zərbələri: Ukrayna strateji obyektləri hədəf aldı - VİDEO 09:29 Lineker milyonerlər üçün vergilərin artırılmasını istədi 09:19 All News