"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazandı

"Kristal Pelas" ilk dəfə İngiltərə Kubokunu qazandı
18.05.2025 05:33 İdman

Londonun "Kristal Pelas" komandası İngiltərə Kubokunun final matçında "Mançester Siti" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

TodayPress xəbər verir ki, görüş Londondakı "Uembli" stadionunda keçirilib.

Oyunun 16-cı dəqiqəsində qələbə qolunu Ebereçi Eze vurub. 36-cı dəqiqədə "Mançester Siti"nin hücumçusu Omar Marmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. "Kristal Pelas"ın qapıçısı Din Henderson zərbəni qaytarıb.

"Kristal Pelas" İngiltərə Kubokunun finalına tarixində üçüncü dəfə çıxıb və ilk dəfə bu turnirin qalibi olub. 1990 və 2016-cı illərdə London təmsilçisi finalda "Mançester Yunayted"ə uduzub. Əvvəllər komanda yalnız İngiltərə çempionatının aşağı divizionlarında və regional turnirlərdə qalib gəlib.

"Mançester Siti" isə tarixində 14-cü dəfə İngiltərə Kubokunun finalında oynayıb və bu, ardıcıl üçüncü final olub. 2023 və 2024-cü illərdə komanda "Mançester Yunayted" ilə finalda qarşılaşıb – birinci oyunu "Mançester Siti", ikinci oyunu isə rəqibləri qazanıb. Ümumilikdə, "Mançester Siti"nin İngiltərə Kubokunda yeddi qələbəsi var. İlk qələbə 1904-cü ildə qazanılıb.

Qələbə sayəsində Premyer Liqada mövsümün bitməsinə iki tur qalmış 12-ci pillədə olan "Kristal Pelas" UEFA Avropa Liqasına vəsiqə qazanıb – bu, Çempionlar Liqasından sonra Avropanın ikinci ən nüfuzlu klub turniridir. London təmsilçisi avrokuboklarda sonuncu dəfə 1998-ci ildə iştirak edib. Həmin vaxt İntertoto Kubokunda yarışaraq üçüncü mərhələdə Türkiyənin "Samsunspor" klubuna məğlub olub.

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər