Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya

Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya
30.07.2026 13:00 İdman

Rusiyalı tennisçi korrupsiya və mərc qaydalarını pozduğuna görə uzunmüddətli diskvalifikasiya alıb.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Anastasiya Suxotinanı 4 il 10 ay müddətinə yarışlardan kənarlaşdırıb. 

26 yaşlı tennisçi 2019–2024-cü illər ərzində baş vermiş səkkiz qayda pozuntusunu etiraf edib. O, tennis oyunlarına mərc etməkdə, digər idmançıları ələ almağa cəhd göstərməkdə və sübutları gizlətməkdə təqsirli bilinib.

ITIA-nın qərarına əsasən, Anastasiya Suxotinanın diskvalifikasiya müddəti 2031-ci il iyulun 16-da başa çatacaq. Bundan əlavə, tennisçi 30 min ABŞ dolları məbləğində cərimə ödəyəcək.

Qeyd edək ki, diskvalifikasiya dövründə Suxotina nə yarışlarda iştirak edə, nə məşqçi kimi fəaliyyət göstərə, nə də “Böyük Dəbilqə”, ATP, WTA, World Tennis və milli federasiyaların təşkil etdiyi turnirlərdə iştirakçı və ya rəsmi şəxs qismində yer ala biləcək.

Namiq HUN

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 All News