İslamiada: Şpaqaçımız üçüncü oldu
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlarda mükafatçılar müəyyənləşib.
TodayPress TV xəbər verir ki, şpaqa növü üzrə kişilərin şəxsi yarışında Vahab Fətullayev bürünc medal qazanıb.
Ər-Riyad turnirinin qrup mərhələsini 4 qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.
Namiq HUN