İranlı futbol rəsmilərinin ölkəyə girişinə icazə verilmədi - Kanadadan İrana zərbə

İranlı futbol rəsmilərinin ölkəyə girişinə icazə verilmədi - Kanadadan İrana zərbə
01.05.2026 01:00 İdman

Kanada FIFA konfransında iştirak etmək üçün ölkəyə gələn İran futbol rəsmilərinin girişinə icazə verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranlı ümayəndə heyəti "Toronto Pearson" hava limanına endikdən sonra ölkəyə buraxılmayıb. Heyətin tərkibində İran Futbol Federasiyasının prezidenti Mehdi Taj da olub.

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, Mehdi Taja konfransda iştirak üçün müvəqqəti icazə verilmişdi, lakin sonradan bu icazə ləğv edilib. O, məsələnin immiqrasiya naziri Lena Diabın səlahiyyətlərinə aid olduğunu qeyd edib.

İmmiqrasiya nazirliyinin nümayəndəsi isə bildirib ki, hökumətin mövqeyi dəyişməzdir və İran İnqilab Keşikçiləri Korpusunun üzvlərinin Kanadaya girişi qadağandır.

Qeyd edək ki, Kanada, Meksika və ABŞ ilə birlikdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnirin başlamasına altı həftə qaldığı bir vaxtda iranlı rəsmilərin Vankuverdə keçiriləcək FIFA konfransında iştirakı nəzərdə tutulurdu.

Kənan Yusif

TodayPress TV 

NEWS FEED
16 JUNE 2026
Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 All News