Hemilton: “Roma bir ilə tikilməyib”

Hemilton: “Roma bir ilə tikilməyib”
07.11.2025 16:09 İdman

“Formula-1” üzrə yeddiqat dünya çempionu olan “Ferrari” pilotu Lyuis Hemilton İtaliyadakı ilk ili barədə danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Autosport” X sosial media səhifəsində məlumat yayıb. 

Britaniyalı sürücü “Roma bir gündə tikilməyib” ifadəsini işlədib. Lyuis Hemiltonun “Ferrari”dəki ilk ili barədə dediklərinə fanatları şərhlərdə “Mercedes”də qalmalı idi, dostum”, yazıblar. 

Hemilton cari mövsüm bir dəfə podiuma çıxıb. O, Şanxayda sprint yarışını qazanandan sonra bu şərəfə nail olub. 

Lyuis “Formula-1”də uğur qazanmağın zaman tələb etdiyini və “insanları anlamadıqlarına görə qınamadığını” vurğulayıb.

“Kim “Formula-1”in necə işlədiyini bir az da olsa bilirsə, anlayar ki, bu, vaxt tələb edir. Yalnız komandanın içində olanda başa düşürsən ki, hər şey necə işləyir. Maşının necə davrandığını kənardan təsəvvür etmək mümkün deyil. Mən uzun illər “Formula-1”də olmuşam, amma bu komandaya gələndə hər şey yenidən fərqli göründü. Buna görə də insanları anlamadıqlarına görə qınamıram. Mən sadəcə nəzarət edə bildiklərimə fokuslanıram - hazırlığıma, komanda ilə işləməyimə, hər gün özümü necə göstərməyimə və pozitiv qalmağıma”.

“Ferrari” komandası Lyuis Hemiltonla əməkdaşlığı dayandırmaq istəyir. Hemilton ilin əvvəlində “Ferrari”yə qoşulsa da, komandaya xeyri dəyməyib. “Formula-1” yarışlarında baxımsız çıxışı ilə azarkeşləri məyus edib. Britaniyalı pilot  son 20 yarışda dördüncü yerdən yuxarı qalxa bilməyib. 

“Formula-1”in keçmiş rəhbəri Berni Ekklstoun da hesab edir ki, Lyuis Hemilton artıq “Ferrari”də uğursuzluğa düçar olub.

“Onun üçün hər şey nəzarətdən çıxıb. O, İtaliyada çempion olmaq istəyirdi, amma indi bunu bacarmadığına təəccüblənir. Hemilton son onilliyin ən yaxşı sürücülərindən biri idi, amma ən yaxşısı deyildi. Onun “Ferrari” ilə əməkdaşlığı marketinq layihəsidir. Belə getsə, gələcəkdə o, daha çox moda ilə məşğul olacaq”, - Ekklstoun deyib.

Lyuis Hemilton cari mövsümdə “Ferrari” komandasına keçib və hazırda pilotların reytinq sıralamasında altıncı yerdədir. Komanda yoldaşı Şarl Lekler onu bir pillə üstələyir. Pilotlar arasındakı fərq 64 xaldır. 

Bütün bunlarla yanaşı, Lyuis Hemilton “Formula-1” karyerasında 5000 xal həddini keçən ilk sürücüdür. O, bu göstəriciyə 17–19 oktyabr tarixlərində Ostində baş tutan ABŞ Qran-prisində nail olub. Həmin yarışda dördüncü yeri tutan Hemilton 5004,5 xalla siyahıda birincidir. “Formula-1” tarixində ən çox xal toplayan pilotların sıralamasında ilk üçlüyü bu göstəricidə Hemiltondan çox geridə qalan Maks Ferstappen (3329,5 xal) və Sebastian Fettel (3098 xal) təşkil edir.  

Namiq HUN

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 All News