Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu

Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu
18.08.2026 17:24 İdman

İkiqat Olimpiya çempionu, isveçli xizəkçi Frida Karlssonu təqib edən 66 yaşlı kişi idmançı ilə əlaqə saxlamasına dair məhkəmə qadağasını pozub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Expressen” məlumat yayıb.

2025-ci ilin aprelində həmin kişi xizəkçini qanunsuz şəkildə təqib etməkdə təqsirli bilinib. Məhkəmə ona şərti cəza və 40 min İsveç kronu məbləğində cərimə tətbiq edib. Həmçinin Karlssonla istənilən formada əlaqə saxlamasına qadağa qoyulub.

Lakin məhkəmə qərarından sonra da təqib davam edib. Həmin ilin sentyabrında xizəkçiyə yenidən SMS və sosial şəbəkələr vasitəsilə zənglər və mesajlar daxil olmağa başlayıb.

2026-cı ilin payızında məsələ ilə bağlı yeni məhkəmə prosesi keçiriləcək. Təqibçiyə 2025-ci ilin payızından etibarən Karlssonla əlaqə saxlamamaq barədə qadağanı dəfələrlə pozmaqla bağlı ittihamlar irəli sürüləcək.

Kişi özünü təqsirli bilmir. O, əlaqə saxlamasına dair məhkəmə qərarından xəbərsiz olduğunu və heç bir qaydanı pozmadığını iddia edir.

Namiq HUN

NEWS FEED
18 AUGUST 2026
Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 All News