FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu
“Şəfa” “Sabahın Ulduzları” turnirindən kənarlaşdırılıb.
TodayPress TV xəbər verir ki, Bakı Futbol Federasiyasının Təşkilat Komitəsi “Sabahın Ulduzları” U-15 yaş qrupu üzrə keçirilən yarışlarla bağlı açıqlama yayıb.
Bildirilib ki, turnir Azərbaycanda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün Azərbaycan milli komandasına futbolçu seçimi və seleksiya məqsədi daşıyır.
Qeyd olunub ki, FIFA-nın qərarına əsasən, yarışlarda yalnız 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edə bilərlər.
“Şəfa” FK-nın heyətində 2011-ci il təvəllüdlü futbolçuların olmaması və klub akademiyasının yeni formalaşması nəzərə alınaraq, klubun müraciəti əsasında komandanın “Sabahın Ulduzları” turnirində iştirakına xitam verilib.
Təşkilat Komitəsinin qərarına əsasən, U-15 yaş qrupu üzrə yarışlarda “Şəfa” FK-nın yerinə “Rekord” komandası çıxış edəcək.
Namiq HUN