ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxınlaşdı

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxınlaşdı
05.08.2026 08:10 Dünya

ABŞ, İran və Oman Sultanlığı Hörmüz boğazının yenidən açılması ilə bağlı müvəqqəti razılaşmanı çərşənbə günü elan etməyə çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata əsasən, saziş Oman və İran arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur və bu müddətin uzadılması mümkün ola bilər.

Razılaşmaya görə, körfəz istiqamətinə hərəkət edən gəmilər İran sularından keçərək şimal marşrutu ilə üzəcək. Ərəbistan dənizinə çıxan gəmilər isə İranla koordinasiya əsasında Oman sularından keçərək cənub marşrutu ilə hərəkət edəcəklər.

Sazişdə 60 gün ərzində Hörmüz boğazından keçid üçün heç bir ödənişin alınmaması, həmçinin 30 gün ərzində boğazın mərkəzi kanalında yerləşən dəniz minalarının təmizlənməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Bildirilib ki, gələcəkdə daimi razılaşma əldə olunacağı təqdirdə, boğazın mərkəzi kanalı həm gələn, həm də gedən gəmilərin istifadəsinə veriləcək.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi sazişə ilkin razılıq verib. Bununla yanaşı, sənədin qüvvəyə minməsi üçün İranın Ali Rəhbəri və Milli Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO 09:08 “Mənim oyuncaqlarım” – Ronaldodan maraqlı paylaşım 09:00 Vinisiusdan iddialı mesaj: Mövsümə tam hazır olacağıq! 08:58 İndoneziyanı güclü zəlzələ silkələdi 08:55 Messi yanğın bölgəsinə etdiyi ianə ilə gündəm oldu! 08:40 Rusiyada "Wildberries"ə dron hücumu: Anbar tamamilə yandı - VİDEO 08:31 “Sabah”dan inamlı açıqlama: Məqsəd yalnız qələbədir! 08:38 ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşmaya yaxınlaşdı 08:15  "Ryanair" milyonlarla dollar itirə bilər - DETALLAR 01:59 FIFA prezidentliyinə 5 əsas NAMİZƏD - İnfantinonu kimlər əvəz edə bilər? 01:55 Bu ölkədə hava temperaturu 41 dərəcəyə çatdı! 01:51 Həbsxanalarda yer bitdi, cinayətkarlar küçələrə buraxılır 01:47 "Akkuyu" AES-də elektrik istehsalına başlanılır 01:34 Argentinada liman BÖHRANI: Onlarla taxıl gəmisi ilişib qaldı 01:30 Sakinlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə işıq olmayacaq 01:24 Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 Bütün Xəbərlər