Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama

Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama
27.07.2026 12:24 İdman

“Red Bull” pilotu və “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-prisində qazandığı ikinci yeri şərh edib.

TodayPress TV xəbər verir ki, niderlandlı pilot yarışdan sonra bolidində zədə aşkar etdiyini bildirib.

Ferstappenin sözlərinə görə, yarış ərzində bolid sıralama turundakı kimi idarəetmə problemləri yaşayırdı.

“Yarışda da sıralama turunda olduğu kimi eyni problemlər var idi. Bolid həddindən artıq dönürdü və müəyyən mərhələdə təkərlərin aşınması da çox sürətli oldu. Startdakı irəliləyiş isə ilk hissəni uğurla keçməyimizə kömək etdi”, – deyə pilot bildirib.

Maks qeyd edib ki, pit-stop strategiyası səbəbindən mövqeyini itirsə də, daha sonra Lyuis Həmiltonu geridə qoyaraq yarışın ikinci hissəsini rahat keçirə bilib.

“Yumşaq təkərlərlə finişə qədər çatmağın çətin olacağını düşündüm, amma bacardıq. Hələ də ikinci yeri necə tutduğumuzu başa düşmürəm. Düşünürəm ki, komanda olaraq gözləntilərdən daha yaxşı çıxış etdik”, – deyə Ferstappen vurğulayıb.

Pilot əlavə edib ki, finişdən sonra boliddən düşərkən maşında zədələr olduğunu görüb.

“Boliddən düşəndə onun hansı səbəbdənsə zədələndiyini gördüm. Bu yarışda işimiz heç də asan olmadı”, – deyə “Formula-1” ulduzu fikrini tamamlayıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
27 JULY 2026
Putin: Stalinin Ukraynaya bağışladığı torpaqlar bu geri alınacaq 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 All News